İNVESTOR START-UP BİZNESİ NECƏ DƏYƏRLƏNDİRİR?

Ölkəmizdə biznes mühitinin canlanması gənc istedadlarda özlərini reallaşdırmaq üçün stimul yaradır. Hər il yüzlərlə yeni ideyalar yaranır. Bəziləri ya bazarın imtahanından keçmir ya da maliyyə əsası möhkəm olmadığı üçün davamlı fəaliyyətini təşkil edə bilməməklə tükənirlər.

Maliyyə əsası start-up üçün müxtəlif mənbələrdən formalaşa bilir amma daha geniş yayılmış formalardan biri investorun, vençur maliyyələşməsinin cəlb edilməsidir. Beynəlxalq təcrübədə hətda bankların da riski gözə alaraq, dəyərləndirərək yeni bizneslərə uyğun şərtlərlə kreditlər ayırmasının şahidi oluruq. Azərbaycanda bu imkanları dəyərləndirməyi və eyni zamanda investisiya şirkətlərinin start-up məbləğlərinin araşdırılmasını oxucunun ixtiyarına buraxıram amma söz açacağım mövzu start-up-ın necə dəyərləndirilməsi ilə bağlı metod haqqında olacaq. Düşünürəm bu istiqamətdə daha faydalı ola bilərəm. Beləki, start-up –çı gənclər ən azından investorun hansı meyarlara fikir verdiyini anlaya bilərlər.

Reallığımızı nəzərə alaraq müşahidələrim deməyə əsas verir ki, ölkəmizdə əksər insanları faəliyyətə başlamadan ilkin kapitalın cəlbi maraqlandırır. Fəaliyyətdə olan start-up-ları dəyərləndirmək üçün fərqli metodlar (PV, APV, Çepakoviç metodu və s.) var. Dünyada olan nümunələr göstərir ki, riskin dəyərləndirilməsi üçün istifadə edilən bu metodlar heç də həmişə özünü doğrultmur, bəzən start-up bahalı bəzən də ucuz dəyərləndirilir. Start-up üzrə aktivlər olmayanda (internet texnologiyalar və s.), əməliyyatlar başlamayanda dəyərləndirmə etmək xüsusilə çətin olur.

Fəaliyyətə başlamayan start-up-ı dəyərləndirmə metodlarından biri də  “göstəricilər sistemi” (scorecard) ilə dəyərləndirmə metodudur və “pre-money valuation” gəlirdən əvvəl dəyərləndirmə metodlarından biri kimi tanınır. Marketinq mütəxəssisləri bu metodları maliyyəçilər qədər tətbiq etməsələr də ən azından məlumatlı olmalı və ilkin biznesə dəstək verərkən yararlana bilərlər.

Bill Payne (2011)  -ə görə ilk addım start-up-ın fəaliyyət göstərəcəyi regionda, sahədə olan vençur kapitalistlərin start-up-ları dəyərləndirdiyi qiymətləri araşdırmaqdır. Araşdırılan qiymətlər hansı rəqəmdən tərpənə biləcəyimiz haqqında ilkin mənzərəni formalaşdıra bilir. Məsələn, deyək ki, eyni sahədə və regionda müxtəlif layihələr 100 000 azn, 150 000 azn, 200 000 azn və s kimi dəyərləndirilib. Bu rəqəmlərin riyazi ortasını meyar kimi qəbul edə bilərik. ABŞ-da bu meyarı müəyyən etmək daha rahatdır, beləki, angel.co kimi platformalar mövcuddur haradakı bir kliklə meyarları gözdən keçirmək mümkündür. Həmçinin pullu dəyərləndirmə xidmətləri də var və onlayn qaydada qeydiyyat üzrə ödəniş etməklə də dəyərləndirmə üzrə nəticə əldə edilir https://startup.pwc-evaluation.com/.

Meyarı seçəndən sonra Cədvəl 1-də olan faktorlar üzrə dəyərləndirmə etmək olar. Məsələn deyək ki, araşdırıb müəyyən etmişik ki, vençur kapitalistlərin müvafiq start-up –lar üzrə orta dəyərləndirmə meyarı 100 000 azn-dir. Cədvəl üzrə faktorlar-ın qiymətləri isə aşağıdakı kimidir. Bu zaman sadəcə pul ekvivaentində olan meyarı göstəricilərə hasil etməklə məbləği müyyən edə bilərik.

Cədvəl 1. Göstəricilər sistemi üzrə faktorlar

Hesablamadan gördüyümüz kimi faktorlar üzrə verilənlərə görə investor nümunə start-up –ı 36 050,00 azn olaraq dəyərləndirir.

Amma məsələnin digər marağlı tərəfi verilmiş faktorların özlərinin düzgün dəyərləndirilməsidir. Yəni necə oldu ki, Menecment faktoru 10% olaraq və ya əlavə investisiya 3% olaraq (normanın hissəsi, %-lə) dəyərləndirildi. Bu ölçünün obyektivliyini saxlamaq üçün təklif etdiyim metodlardan biri faktorları subfaktorlara bölərək ayrıca çəkiləndirməkdir. Məsələn 2 faktoru aşağıdakı subfaktorlara bölə bilərik:

Ekspert dəyərləndirməsi etməklə sorğunun nəticələrini uyğun olaraq 0-dan 1-ə əmsalla təsvir edib subfaktorlara görə faktorun orta göstəricisini müəyyən etmək mümkün olacaq.  Qeyd etidiyim yanaşmanı tətbiq etməklə obyektivliyi nisbətən təmin edərək dəyəri müəyyən edəcəyik.

Nəticə olaraq start-up-çı metodu tətbiq etməklə yolunu gözlədiyi investora dolayısı ilə investisiya həcmi üzrə təklifini əsaslandıra biləcək.