Logo
Haqqımda

Haqqımda

Əli Bədəlov

Marketinq üzrə təcrübəsi 17 il. Təcrübəyə Bank of Baku, Bank Respublika, DəmirBank, Auto Azerbaijan (Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot), KontaktHome, PAŞA Bank, SOCAR, İrşad kimi aparıcı brendlər daxildir. Marketinq kommunikasiyaları, qiymət və distribyusiya, məhsulların yaradılması və modifikasiyası, marketinq araşdırmaları, CRM, DATA emalı və analitika, strateji planlama kimi sahələrdə məsul şəxs olaraq işləyib. 2019-cu ildən 2022-ci ilədək İrşad şirkətinin Marketinq departamentinin rəhbəri, İdarə Heyətinin üzvü olub. 2022-ci ildə VAU rəqəmsal ticarət platformasının Biznes üzrə Layihə Rəhbəri olaraq marketinq konsultasiyaları verib. Marketinqlə bağlı dörd elmi məqalənin və onlarla digər məqalələrin müəllifi olmaqla yanaşı bir neçə beynəlxalq marketinq və biznes konfranslarının, təcrübə proqramlarının iştirakçısıdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC biznes məktəbi) magistr tələbələrinə Marketinqi tədris edir, marketinq mövzuları üzrə disertasiya rəhbəridir. Aparıcı yerli şirkətlərlə Marketinq məsləhətçisi olaraq çalışmaqdadır, MarLab şirkətinin təsisçisi və direktorudur.

Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə MBA proqramının, Almaniya Menecment Akademiyasının ixtisasartırma proqramının Biznesin İdarəedilməsi üzrə məzunudur. İqtisad üzrə fəlsəfə doktorluğuna namizəd kimi təhsilini davam etdirir. Ölkənin ilk kempinq klublarından biri olan CampAct start-up layihəsinin rəhbəri, SABAH.Lab start-up akselerasiya proqramının final iştirakçısıdır.

2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments