HAQQIMDA

Hörmətli oxucular,

Mən Əli Bədəlov,

Marketinq mütəxəssisi olaraq 13 illik təcrübəm var. İş təcrübəmə Bank of Baku, Bank Respublika, DəmirBank, Auto Azerbaijan (Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot), KontaktHome, PAŞA Bank kimi aparıcı brendlər daxildir. Marketinq kommunikasiyaları, qiymət və distribyusiya, məhsulların yaradılması və modifikasiyası, marketinq araşdırmaları, CRM, DATA emalı və analitika, strateji planlama kimi sahələrdə məsul şəxs olaraq işləmişəm. Marketinqlə bağlı bir sıra elmi məqalələrin müəllifiyəm.

Mən, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə MBA proqramının, Almaniya Menecment Akademiyasının ixtisasartırma proqramının Biznesin İdarəedilməsi üzrə məzunuyam. İqtisad üzrə fəlsəfə doktorluğuna namizədəm. Ölkənin ilk kempinq klubu olan CampAct start-up layihəsinin və Bakı Gənclər Mərkəzi nəzdində fəaliyyət göstərən MarLab layihəsinin müəllifiyəm.

Tələbələr ilə bilikləri paylaşmaq üçün hazırda Azərbaycanın bir neçə Universitetində, Biznes məktəbində pedoqoji fəaliyyətlə məşğul oluram.

Bloqu yaratmaqda məqsədim əldə etdiyim təcrübə və bilikləri, marketinq ilə bağlı elmi yenilikləri tələbələr, həmçinin mütəxəssislər ilə paylaşmaqdır.

HAQQIMDA