HAQQIMDA

Hörmətli oxucular,

Mən Əli Bədəlov,

Marketinq mütəxəssisi olaraq 15 illik təcrübəm var. İş təcrübəmə Bank of Baku, Bank Respublika, DəmirBank, Auto Azerbaijan (Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot), KontaktHome, PAŞA Bank, SOCAR kimi aparıcı brendlər daxildir. Marketinq kommunikasiyaları, qiymət və distribyusiya, məhsulların yaradılması və modifikasiyası, marketinq araşdırmaları, CRM, DATA emalı və analitika, strateji planlama kimi sahələrdə məsul şəxs olaraq işləmişəm. Marketinqlə bağlı 3 elmi məqalənin müəllifi olmaqla yanaşı bir neçə beynəlxalq konfransın iştirakçısıyam (əlavə məlumat üçün).

Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə MBA proqramının, Almaniya Menecment Akademiyasının ixtisasartırma proqramının Biznesin İdarəedilməsi üzrə məzunuyam. İqtisad üzrə fəlsəfə doktorluğuna namizəd kimi təhsilimi davam etdirirəm. Ölkənin ilk kempinq klubu olan CampAct start-up layihəsinin və Bakı Gənclər Mərkəzi nəzdində fəaliyyət göstərən, gənc marketinq mütəxəssislərinin hazırlanması məqsədilə yaradılan 6 aylıq təlim proqramı olan MarLab layihəsinin müəllifiyəm. 2019-cu ilin dekabrından etibarən İrşad şirkətinin Marketinq departamentinin direktoru və eyni zamanda İdarə Heyətinin üzvü olaraq fəaliyyətimi davam etdirirəm.

Tələbələr ilə bilikləri paylaşmaq üçün hazırda Azərbaycanın bir neçə Universitetində, Biznes məktəbində pedoqoji fəaliyyətlə məşğul oluram.

Bloqu yaratmaqda məqsədim əldə etdiyim təcrübə və bilikləri, marketinq ilə bağlı elmi yenilikləri tələbələr, həmçinin mütəxəssislər ilə paylaşmaqdır.

HAQQIMDA