Seqmentləşdirmə oxşar ehtiyaclı müştərilərin qruplaşdırılmasıdır. Ehtiyac əsaslı seqmentləşdirmə zamanı müştərilərin üzləşdiyi problemi anlamaq, həmin problemin aradan qaldırılması üçün ümumi faydanı müəyyən etmək zəruridir. Yalnız bundan sonra seqmentləri bir-birindən fərqləndirən demoqrafik, coğrafi, psixoqrafik və davranış göstəricilərinə diqqət yetirilir [1]. Biznes üçün seqmentləşdirmənin əsas faydalarından biri hədəf bazarın müəyyən edilməsidir. Hədəf bazar bir və bir neçə seqmentdən […]
Read Moreİşə götürənlər bilir ki, marketoloqların seçilməsi İT mütəxəssislərinin seçilməsi qədər çətin prosesdir. Azərbaycanda da bir çox şirkətlər marketinq mütəxəssislərini işə götürərkən nəzəri və praktiki suallar ilə onları qiymətləndirməyə çalışırlar. Amma yenə də əmin ola bilmirlər ki, axtarılan istedad üçün doğru seçim ediblər yoxsa yox. Bu prosesin çətinliyini öz təcrübəmdə də çox hiss etmişəm. Müsahibəyə gələn […]
Read Moreİstənilən məhsul və xidməti satarkən biznesi düşündürən əsas suallardan biri Alıcının hansı səbəbə görə alış qərarı verməsidir. Bu qərara təsir edən emosional səbəbdənmi? Yoxsa məhsulun atributları faktor olaraq alışa sövq edərək rasional qərara səbəb olub? Və ya qərar üçün xüsusi bir səbəb olmayıb sadəcə alış etmək ehtiyacı yaranıb? Sonuncu ilə bağlı qeyd edim ki, belə […]
Read MoreXXI əsr Marketinqinin əsas prioritetlərindən biri məhs istehlakçı davranışlarının araşdırılması, öyrənilməsidir. İstehlak və istifadə davranışları, alış qərarlarının verilməsi məntiqi, alış sonrası davranışların proqnozlaşdırılması Marketinq mütəxəssisləri üçün hələ də tam kəşf edilməmiş sirli bir xəzinə olaraq qalmaqda davam edir. Marketinqdə qərarvermə problemlərini araşdırdığım üçün qarşılaşdığım hər bir nüans özünəməxsus detalları ilə diqqətimi çəkir. Məsələn, ümumi olaraq […]
Read MoreAzərbaycan şirkətlərində mövcud olan aktual problemlərdən biri də müştəri portfelinin idarəedilməsi mexanizmlərinin və modellərinin inkişaf etməməsidir. Yerli şirkətlərin əksəriyyəti ancaq müştərilərin fasiləsiz cəlbinə diqqət ayırır, kəmiyyət amilinə önəm verilir. Deyə bilərsiniz ki, şirkətlər pərakəndə bazarda olan dəyişkənlikləri və müştəri həcmini nəzərə alaraq buna əlavə vaxt sərf etmək istəmir. Amma nisbətən sabit və müştəri həcmi milyonlarla […]
Read MoreNƏTİCƏ Fərziyyə 1-də qeyd etdiyimiz kimi, eyni bazar şərtləri altında mövcud olan seqmentlər üçün Təsvir 1-də göstərilən faktorların təsiri əhəmiyyətli dərəcədə fərqlənməyə bilər ki, bu zaman fokuslaşacağımız faktorlar əsasən seqmentin homogenliyini əks etdirən daxili faktorlar olacaq. Yəni nəticə etibarı ilə biz araşdırdığımız problemdə seçim kriteriyası olaraq demoqrafik, psixoqrafik və davranış faktorlarını, subfaktorlar kimi isə hər […]
Read MoreXÜLASƏ Seqmentasiya biznes resursların hədəfyönümlü istifadəsinə imkan verir. Araşdırma zamanı toplanmış müştəri məlumatları eyni zamanda bir neçə seqmentə və subseqmentə bölünə bilər. Fərz edək ki, hər hansı bir biznes müəyyən edilən bütün seqmentlər və subseqmentlər üzrə deyil yalnız ona cəlbedici hesab etdiyi seqment üzrə Marketinq proqramları hazırlamaq niyyətindədir. Bu halda cəlbedici seqment üzrə qərarqəbuletmə problemi […]
Read Moreİnanıram ki, marketinq mütəxəssisləri tez-tez sahibkarın haqlı sualı ilə qarşılaşırlar – Hansı kommunikasiya kanalına nə qədər xərcləməliyəm ki, maksimum nəticə əldə edə bilim? Əksər hallarda mütəxəssislər kanalın reytinqini və ya digər xüsusiyyətlərini, göstəricilərini əsas gətirərək bölgünü maddələr üzrə müəyyən sadə məntiqlə paylaşdırırlar. Hər marketinq mütəxəssisi fərqli məntiq yanaşması tətbiq edərsə sahibkarın qərarsızlığına və haqlı […]
Read MoreSeqmentasiya biznesə doğru müştəri auditoriyasını seçməyə, müştəri ehtiyaclarının nəbzini hiss etməyə və rəqabət qabiliyyətini əldə etdiyi müştəri məmnunluğu sayəsində yüksəltməyə imkan yaradır. Seqmentasiya olmadan geniş kütləyə təklif edilən məhsul öz alıcısını tapmaya və ya ona çatmaya bilər, təkrar alınmaya bilər ki, bu da biznesin dayanıqlı fəaliyyətinə xələl gətirir. Seqmentasiya müəssisəyə doğru hədəfə vurmaq üçün konsentrasiya […]
Read MoreMarketinqdə tez-tez rastlaşdığımız vacib məsələlərdən biri də istehlakçı davranışları, onların xüsusiliyi və gözlənilməzliyidir. İstehlakçı davranışlarının araşdırılmaması və ya yetərincə öyrənilməməsi fəaliyyətin təşkilində mütləq şəkildə qarşımıza problem olaraq çıxır. Əsas problemlərə misal olaraq istehlakçı davranışlarına adekvat olaraq marketinq xərclərinin düzgün bölüşdürülməməsi, distribyusiyanın və anbar planlamasının düzgün həyata keçirilməməsi, davranışlar ilə bağlı dəstəkverici və ya kontr addımların […]
Read More