AZƏRBAYCAN ŞİRKƏTLƏRİ SMM MÜTƏXƏSSİSLƏRİNİ NECƏ SEÇİR?

Araşdırmalarım ilə bağlı son günlər diqqətimi çəkən məqamlardan biri ölkənin məşhur iş elanı saytı olan jobsearch-də ardı-arda verilən SMM mütəxəssisi elanları oldu. Diqqətimi çəkən məqam isə bu elanların elə digər marketinq elanları kimi eyni “pozisiya” olmasına baxmayaraq çox fərqlənməsidir.

Bu səbəbdən qərara gəldim ki, yerli bazarda marketinq mütəxəssislərinə olan ehtiyac və bu ehtiyacı təmin etmək üçün təyin edilən tələblərə diqqət yetirim. Elə ilk araşdırmamı da SMM üzrə etdim.

Bir ay ərzində verilmiş SMM elanları üzrə 14 vakansiya müəyyən edildi. Həmin vakansiyalarda peşəkar bacarıqlar üzrə tələblər incələnərək müqayisəli təhlil edildi. Məlum oldu ki, vakansiyaların bir neçəsi istisna olmaqla ya tələblərdə konkretlik yoxdur, ya vəzifəyə tələblərlə şəxsi keyfiyyət meyarları qarışdırılır, ya da vəzifəyə aidiyyatı olmayan digər işlər istənilir (bizdə bu adi təcrübədir).

Metodologiya olaraq sadə yanaşma tətbiq etmək mümkündür. Peşəkar bacarıqlar ilə bağlı tələbləri ayrıca kodlaşdırıb, hər tələb üzrə təkrarlanmanı müəyyən edirik və riyazi ortasını hesablayırıq. Orta göstərici olaraq 0.50-dən yuxarı olanları nəzərə ala bilərik və bu o deməkdir ki, azı 50%-dən yuxarı vakansiyada tələblər Cədvəl 1-də yaşıl rənglə qeyd edilmiş meyarlar üzrə formalaşır.

Cədvəl 1. SMM mütəxəssisinin peşəkar bacarıqları üzrə orta göstəricilər.

Başqa bir məsələ tələblərin adlarını dəyişərək təkrarçılığa yol verirlər. Məsələn, kontentin idarəedilməsi qeyd etməklə yanaşı, mətnlərin yazılması, video, foto və audiyonun seçilməsini də əlavə qeyd edirlər. Sual yarana bilər ki, ümumiyyətlə SMM-çi hansı işləri həyata keçirməlidir? Əlavə bir sual da yaranır ki, bugünki vakansiyalarda olan tələblər SMM-çinin işini nə qədər əhatə edir. Bunu anlamaq üçün aşağıdakı ümumi siyahıya baxıb nəticə çıxarmaq asandır.

Cədvəl 2. SMM mütəxəssisinin peşəkar bacarıqlarına ümumi tələblər.

Əlbətdə şirkətdən asılı olaraq bu siyahı darala, genişlənə və ya daha da konkretləşə bilər. Lakin qoyulan tələblərin SMM-çinin fəaliyyətini məntiqli ardıcıllıqla əhatə etməsi zəruridir.

Belə halların yaranmasına səbəb individualların subyektiv fikirlərinin HR-lar tərəfindən sorğulanması (və ya başqa elandakı tələbləri copy past etməsi), vəzifə üzrə tələblərin araşdırılmasına əlavə vaxt ayırmayaraq laqeyid münasibətin sərgilənməsidir. Nəticə isə necə olur hamıya bəllidir. Şirkətin peşəkar fəaliyyəti də əlavə olaraq şübhə altına düşür.

Qeyd edim ki, araşdırmamı digər marketinq vakansiyaları üzrə də davam etdirəcəm.